FAQ · Tez-tez verilən suallar
Dizayn Həftəsi 2026 · 27 Aprel – 1 May · AzMİU

Sualın var? Buradan başla.

Dizayn Həftəsi 2026 ilə bağlı ən çox verilən sualları bir səhifədə topladıq: proqram, spikerlər, sərgi, xeyriyyə hərracı, bilet və qeydiyyat, həmçinin texniki detallarla bağlı cavabları aşağıda tapa bilərsiniz.

Cavabını tapmadığın sual üçün səhifənin sonunda əlaqə forması və texniki dəstək məlumatları yer alır.

Ümumi məlumat

Tarix, məkan, iştirakçı profili və tədbirin formatı.

Dizayn Həftəsi 2026 aprelin sonundan başlayaraq 27 Aprel – 1 May 2026 tarixlərində keçirilir.

Məkan: Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), 3-cü Korpus, Dizayn fakültəsi, Bakı şəhəri.

Tədbir üç əsas təcrübə xəttini (Öyrənmə, Mühit və Sosial təsir) özündə birləşdirir:

  • Öyrənmə & peşəkar inkişaf: Ustad dərsləri, case-study təqdimatları və portfoliolar üçün peşəkar feedback.
  • Dizayn mühiti & şəbəkələşmə: Fərqli ixtisaslardan tələbələrlə komanda işləri, informal networking və sənaye ilə əlaqələr.
  • Sosial təsir & xeyriyyə xətti: Həftənin finalında tələbə işlərinin hərracı və toplanan vəsaitin ianəsi.

Dizayn Həftəsi müxtəlif auditoriyaları eyni məkanda birləşdirir:

  • Dizayna marağı olan hər kəs: Spikerlərdən feedback almaq və portfolio nümayiş etdirmək istəyən gənclər.
  • Müəllimlər & Fakültə: Təhsil nəticələrini ictimaiyyətə təqdim etmək və sənaye ilə əməkdaşlıq qurmaq istəyənlər.
  • Sənaye & Qonaqlar: Gələcək işçilər/praktikantlar axtaran şirkətlər və xeyriyyə təşəbbüsünə qoşulmaq istəyən nümayəndələr.

Bilet & qeydiyyat

Giriş qaydaları və allinevent.app üzərindən qeydiyyat prosesi.

Dizayn Həftəsi 2026 ödənişsiz tədbirdir. Lakin iştirakçı sayını idarə etmək və networking imkanlarını asanlaşdırmaq üçün onlayn qeydiyyat mütləqdir.

Qeydiyyat allinevent.app vasitəsilə həyata keçirilir:

  • Saytda "Qeydiyyatdan keç" düyməsinə klikləyin.
  • Məlumatlarınızı daxil edin.
  • Təsdiq edildikdən sonra elektron biletiniz (QR kod) formalaşacaq.

Xeyr, çap etməyə ehtiyac yoxdur. Girişdə smartfonunuzdan QR kodlu elektron biletinizi göstərməyiniz kifayətdir.

Sərgi & hərrac

Tələbə işlərinin nümayişi və xeyriyyə məqsədli hərrac.

Sərgidə əsasən gənc dizaynerlərin, o cümlədən Dizayn fakültəsinin tələbə və məzunlarının seçilmiş layihələri, maketləri və sənət əsərləri nümayiş etdirilir. Bu, nəzəri biliklə praktik təcrübə arasında əlaqənin gücləndirilməsinə xidmət edir.

Xeyriyyə hərracı Dizayn Həftəsinin bağlanış günündə təşkil olunur. Dizayn yalnız estetik yox, həm də sosial dəyişiklik aləti kimi çıxış edir.

Hərraca çıxarılan hər işdən əldə olunan yekun vəsaitin 50%-i müəllifə (tələbəyə) veriləcək, yerdə qalan 50% məbləğ isə təyin olunmuş uşaq evləri və sığınacaqlara yönləndiriləcək. Bu tələbələrə "dizayn etdiyim iş kimsənin həyatına toxuna bilər" hissini yaşadır.

Kömək lazımdır?